01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hindistan ABŞ-a SAVAŞ elan etdi

16.06.2019

Hindistan ABŞ-dan idxal edilən 28 mala əlavə gömrük vergisi tətbiq edib.
"Gazette of India" nəşrinin verdiyi məlumata görə, Hindistan Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi gömrük vergiləri bu gündən qüvvəyə minib.
Bu sıraya əsasən badam, alma, yunan qozu kimi mallar daxildir.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Hindistan və Türkiyənin güzəştli ticarət haqqından məhrum edilməsi barədə fərman imzalayıb. D. Tramp bildirib ki, Hindistan ABŞ-a bazarlara bərabər və uyğun şətrlərlə girişi təmin etməyə qarantiya verməyi bacarmayıb. Türkiyə isə inkişaf etməkdə olan ölkələr üçün qəbul olunmuş güzəştlərdən məhrum edilib.
Xatırladaq ki, ABŞ və Hindistan gömrük dərəcələrini keçən ildən, D. Trampın ölkəyə idxal edilən aluminium və polada əlavə vergi tətbiq etməsi ilə dəyişməyə başlayıblar. Hindistan ABŞ-dan idxal edilən 30 mal üçün gömrük vergisini artıracağını bəyan edib.