01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Romeo və Culyetta"nın rejissoru VƏFAT ETDİ

15.06.2019

Məlumata görə, o, Romadakı evində, 97 yaşında dünyasını dəyişib. Maestro Florensiyadakı Porte Santa məzarlığında dəfn ediləcək.
Franko Dzeffirelli 1923-cü ildə Florensiyada anadan olub. İkinci Dünya Müharibəsindən sonra kino və teatr sahəsinə gəlib. Lukino Viskontinin filmləri və tamaşaları üçün dekorasiyalar hazırlayıb. 1953-cü ildə isə tərtibçi rəssam kimi La Scalaya dəvət olunub, daha sonra müxtəlif operalarda quruluşçu rejissor kimi çalışıb. 
Dzeffirelli kino sahəsində "Kempinq” adlı qısametralı filmi ilə debüt edib. Ona kinoda Şekspirin əsərlərinə çəkdiyi filmlər məşhurluq gətirib. Dzeffirelliyə "Romeo və Culyetta” filminə görə "Ən yaxşı rejissor” nominasiyasında Oskar mükafatı verilib. 
Moestro son filmini 2002-cü ildə lentə alıb.