04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sammit başladı: Bakını o təmsil edir

15.06.2019

Tacikistanda Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Toplantısının sammiti start götürüb.
Sammitdə 27 iştirakçı və 13 müşahidəçi ölkə və təşkilatın iştirakı nəzərdə tutulub.
İştirakçı ölkələr arasında Azərbaycan, Əfqanıstan, Banqladeş, Bəhreyn, Vyetnam, Misir, İsrail, Hindistan, İordaniya, İraq, İran, Qazaxıstan, Kambodca, Qətər, Qırğızıstan, Çin, Monqolustan, BƏƏ, Fələstin, Pakistan, Cənubi Koreya, Rusiya, Tacikistan, Tailand, Türkiyə, Özbəkistan, Şri-Lanka yer alıb.
Müşahidəçilər sırasına isə Belarus, İndoneziya, Laos, Malayziya, ABŞ, Ukrayna, Filippin, Yaponiya, BMT, Ərəb Ölkələri Liqası, Beynəlxalq Miqrasiya Təşkilatı, ATƏT, Türkdilli Ölkələrin Parlament Assambleyası daxil olub.
Artıq Rusiya və Türkiyə prezidentləri sammitə qatılıblar. Azərbaycanı sammitdə Baş nazir Novruz Məmmədov təmsil edəcək.
Qeyd edək ki, sammit çərçivəsində Azərbaycanın Baş naziri Novruz Məmmədov və Tacikistan Prezidenti İmaməli Rəhmanla görüşüb.
Xatırladaq ki, Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Toplantısı beynəlxalq forumdur. Bu forum regionda stabillik və təhlükəsizliyin təmini məqsədiylə Asiya ölkələrinin əməkdaşlığını nəzərdə tutur. Forumun ideya müəllifi Nursultan Nazarbayev hesab edilir. Bu tip sammitlər 2002-ci ildən bu yana keçirilir.