Bakıda jurnalistin qızı və arvadı  intihar etdi 
    
                          
     
                         14.06.2019
 
    
                        Bakıda jurnalistin həyat yoldaşı və qızı intihar edib. Hadisə iyunun 14-də saat 13:00 radələrində baş verib.
Bu barədə Oxu.Az-a Yasamal rayon Prokurorluğundan məlumat verilib. Ana və qız özlərini 10-cu mərtəbədən atıb. İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və 1990-cı il təvəllüdlü Allaherdiyeva Xədicə İsmayıl qızıdır.
Məlumata görə, əvvəl anası özünü evin pəncərəsindən atıb. Qızı bu dərdə dözməyərək, eyni yolla intihar edib. Allahverdiyeva Rübabənin şizofreniyadan əziyyət çəkdiyi bildirilir.
Qeyd edilib ki, ölənlər "Respublika” qəzetinin baş redaktor müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.
Faktla bağlı araşdırma aparılır.