27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu məhsullar ömrümüzü qısaldır

14.06.2019

Qazlı içkilər, işlənmiş ətlər, fəst-fudlar öz ləzzəti ilə bizi yoldan çıxartsa da, sağlamlığımız üçün çox zərərlidir. Onların daimi istifadəsi ciddi xəstəliklərə yol açır.
Oxucuları ömrü qısaldan məhsullarla tanış edirik.
Qazlı içkilər
Qatqı maddələri əlavə edilmiş qazlı içkilərin yüksək kalorili oduğunu düşünürsünüzsə, yanılırsınız. Bu qidaların içərisində hormonlara təsir edən maddələr var. Odur ki, onların yerinə təzə sıxılmış meyvə suları için.
Konserviləşdirilmiş ətlər
İstənilən növ konserviləşdirilmiş ətlər nitrat, natrium və digər kimyəvi maddələrlə doludur. Bu maddələr onların istifadə müddətinin uzadılmasını təmin edir. Qidalar uzun müddət korlanmasa da, tərkibinə vurulan maddələr səhhətimiz üçün ziyandır. Bu, uşaqlarda diqqət pozğunluğu, davranış problemləri, diabet və ürək xəstəliklərinə, hətta xərçəngə səbəb ola bilər.
Cipsilər
Yüksək odda və qaynar yağda bişirilmiş bu məhsulların tərkibində akrilamid maddəsi var. Cipsi döş, prostat və bağırsaq xərçəginə səbəb olur. Eyni zamanda, qoruyucu maddələr ehtiva edir.
Alkoqol
Mütəxəssislər içkinin zərəri barədə həmfikirdir. Həddən artıq spritli içki qəbulu bədəninin su ehtiyatını tükədir, bu isə ödəmə, köklüyə, dəri problemlərinə, depressiyaya və qaraciyər yağlanmasına gətirib çıxarır.
Fəst-fud
Fəst-fudlara trans yağ, bol duz, qoruyucu maddə və kimyəvi maddələr vurulur. Bu qidalar həm damar xəstəliklərinə, həm duyğu pozuntularına, həm də metabolik xəstəliklər və xərçəngə səbəb ola bilər.
Ağ çörək
Ağ çörəyin köklüyə səbəb olduğunu artıq hamımız bilirik. Ancaq təkrar etmək faydalıdır. Ağ çörəyin tərkibində qidalandırıcı maddələr demək olar ki, yox səviyyəsindədir. O, qanda şəkərin miqdarının sürətlə yüksəlməsinə səbəb olur./publika/