28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"F-35"lərdə ciddi nöqsan

14.06.2019

"Defense News”xəbər verir ki, ABŞ-ın yeni nəsil F-35 döyüş təyyarələrinin donanma və dəniz piyadaları üçün dizayn edilən modellərində ciddi nöqsanlar var.
Məlumata görə, F-35 yüksək hündürlükdə səsdən sürətli formada yalnız qısa sıçrayışlar edərək uça bilir. Əks təqdirdə, təyyarə zərər görə bilər və gözəgörünməzlik potensialını itirər.
Dərginin aldığı informasiyaya görə, bu nöqsan ilk kateqoriyadadır. Ancaq ABŞ Müdafiə Nazirliyi (Pentagon) bu problemi həll etmək üçün heç bir təşəbbüs göstərmir.
Problemlər planer və örtüyündən, həmçinin quyruq hissəsindəki antenlərdən qaynaqlanır.
Qeyd edək ki, sözügedən problemə ilk dəfə 2011-ci ildə rast gəlinib. 1.3-1.4 maç sürətlə uçan F-35B-nin örtüyü qabarmışdı. F-34C isə ciddi zərər görmüşdü.
Pentagqonun F-35 proqramının rəhbəri admiral Mat Uinter bildirib ki, hökumət bu nöqsanları tamamilə aradan qaldırmaq niyyətində deyil. Ortaya çıxa biləcək risklər üçün məsuliyyət daşımağa hazırdır. Səbəb olaraq bu növ nöqsanların döyüş təyyarələrinin potensialından daha çox iş gördüyü zaman üzə çıxmasıdır.