28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdan birbaşa yeni aviareys açılıb

14.06.2019

İyunun 14-də "Buta Airways” büdcə aviaşirkətinin Bakı-Batumi marşrutu ilə ilk aviareysini keçirib.
Xəbər verildiyi kimi, bu marşrut şirkətin Gürcüstana yerinə yetirdiyi ikinci reysdir. "Buta Airways” artıq Bakıdan Tbilisiyə reyslərə həyata keçirir.
Bakıdan Batumiyə ilk reysin işə düşməsi tənətənəli mərasimlə qeyd edilib.
Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında böyük turizm potensialının olduğunu deyib:
"Bakı-Batumi reysinin açılması təkcə turizm sahəsində deyil, eləcə də işgüzar sahədə sıx münasibətlərin formalaşmasına xidmət edəcək, çünki Gürcüstan investorlar üçün də çox maraqlıdır”.
AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev vurğulayıb ki, yeni reysin açılması mühüm hadisədir:
"Bu reys sərnişinlər arasında populyar olacaq və həm Azərbaycanda, həm də Gürcüstanda turizm sahəsinin inkişafına töhfə verəcək”.
Bakı-Batumi reysi üzrə avibiletləri 29 avrodan başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri keçiriləcək.