28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanla Davudoğlu arasında mübahisə yaşanıb

14.06.2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçmiş baş nazir Əhməd Davudoğlu arasında mübahisə yaşanıb.
Bu iddianı "Türktime” saytı yayıb. Sayt tərəflər arasında mübahisənin telefon danışığı zamanı baş tutduğunu qeyd edib.
Bayramda Ərdoğana zəng edən Davudoğlunun zənginə prezident əvvəlcə cavab verməyib. Davudoğlunun israrlı zənglərindən sonra telefona cavab verən Ərdoğan Əhməd Davudoğlunun bayramını təbrik etdikdən dərhal sonra ondan sərt şəkildə "sən niyə İstanbulda deyilsən?” soruşub.
Davudoğlunun ona "Binəli bəy üçün gələcəmmi?” cavabını verməsindən əsəbiləşən Ərdoğan "Sən Binəli bəy üçün yox, AKP üçün çalışmış olacaqsan. Bəs aramızda dostluq vardı” sözlərini deyib. Buna cavab olaraq Davudoğlu "Məni jurnalistlərin hücumlarına qarşı qorumadınız. Cənab Prezident, Suriya daxil olmaqla, hər şeyi üzərimdə qaldı” söyləyib.
Ərdoğan isə yenidən Davudoğluna hiddətlənərək "Jurnalistlərə-filan fikir vermə. Bunlar bəhanədir. Sən haradasan, biz haradayıq?” deyib və bunun ardınca telefon danışığına son verib.
Qeyd edək ki, Ərdoğanla Davudoğlu arasında gərginlik ikincinin istefasından az sonra yaranmağa başlayıb. Bu gərginlik pik həddə Davudoğlunun yeni partiya yaratmaq istəməsindən sonra çatıb.