27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

O, Qazaxıstanda müxalif partiya yaradacaq

14.06.2019

Qazaxıstanın prezident seçkilərində ikinci yerə çıxımış Əmircan Kosanov müxalifət partiyası yaratmağa hazırlaşır.
Prezidentliyə keçmiş namizəd bu barədə özünün Feysbuk səhifəsində yazıb:
"Mənim bundan sonrakı işim yeni ictimai dalğanı institusional formaya salmaq, hazırkı şərtlər daxilində hakimiyyət uğrunda mübarizə apara bilən yeni müxalifət yaratmaqdır. Bu müxalifət formal olaraq ikinci yer statusunda özünü legitim sayacaq".
"Xalqın taleyi" hərəkatının lideri olan Əmircan Kasanov özünün seçkilərdə 16,23 faiz səs toplamasını ölkədə rəsmən etiraf olunmuş ilk böyük nəticə adlandırıb.
Seçkidən əvvəl onun 5-8 faiz arası səs yığacağı bildirilirdi.
Qeyd edək ki, ötən bazar Qazaxıstanda keçirilmiş prezident seçkilərində Comərd-Qasım Tokayev 70,96 faiz səslə qalib elan olunub.
İkinci yerə isə 16,23 faiz səslə Əmircan Kosanov çıxıb və qalib gəlmiş rəqibini təbrik edib.