27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa ermənilərə əlavə 25 milyon da ayrıdı

14.06.2019

Avropa Birliyi Ermənistana 2019-cu ildə əlavə 25 milyon avro ayıracaq.
Bu məlumat AB-Ermənistan Əməkdaşlıq Şurasının ikinci iclasından sonra yayılan ortaq bəyanatda yer alıb. Şura əlavə yardımı Ermənistanın reform proqramlarının gerçəkləşdirilməsində qəti mövqeyinə görə ayırdığını bildirib.
Tərəflər Qarabağ məsələsini də müzakirə ediblər. AB Dağlıq Qarabağ konfliktinin ATƏT-in Minsk Qrupu çərçivəsində həllini dəstəklədiyini vurğulayıb. Brüssel konfliktin həlli və xalqların sülhə hazırlaması üçün bütün təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.
AB Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və hər iki tərəfin bu prosesdə ilkin şərt olmadan iştirakını dəstəklədiyini də bəyan edib.