09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tahir Gözəl Nəsimidən qəzəl dedi - VİDEO

05.04.2018

Türkiyənin Gillette – Milliyet İlin İdmançısı Mükafatları (Gillette – Milliyet Yılın Sporcusu Ödülleri) qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Dövran Media" xəbər verir ki, bu il ilk dəfə olaraq, dünya şöhrətli və Türkiyənin ən etimadlı mükafatlara namizədləri sırasında azərbaycanlıların fəxri "Qarabağ” Futbol Klubunun adı olub.
"Qarabağ” Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən, FIFA referisi Cüneyt Çakırın üzv olduğu münsiflər heyətinin xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının rumıniyalı baş məşqçisi Mirçya Luçesku təqdim edib.
Tahir Gözəl mükafatlandırma mərasimində azərbaycanca fikirlərini bildirib:

"Qarabağ” Azərbaycanda vətənsiz qalmış qaçqınlarımızın səsini, nidasını, Azərbaycan xalqının, türk dünyasının iradəsini dünyaya çatdırmış klubdur. Mən "Milliyet” qəzetinə, mənim böyük qardaşım Tayfun Bayandıra təşəkkür etmək istəyirəm.
Bu mükafatı Türkiyədə almaq bizim üçün mənəvi dəstəkdir. Allah Türkiyəni qorusun, ürəyimiz hər zaman bir olsun”.
Vitse-prezident daha sonra çıxışını İmadəddin Nəsiminin qəzəli ilə yekunlaşdırıb:
"Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam”