09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Facebook”da 87 milyon istifadəçinin MƏLUMATI SIZDIRILIB

05.04.2018

"Facebook” şirkətinin rəhbərliyi xəta nəticəsində şəxsi məlumatları "Cambridge Analytica” şirkətinə ötürülən sosial şəbəkə istifadəçilərinin sayını açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Gazeta.ru” məlumat yayıb.
"Hesab edirik ki, başlıca olaraq ABŞ-da yaşayan 87 milyondan çox "Facebook” istifadəçisinin məlumatları” "Cambridge Analytica” şirkətinə ötürülüb” deyə şirkətin rəsmi bloqunda dərc olunmuş məlumatda deyilir.
Bundan əvvəl Avropa komissiyasının ədliyyə məsələləri üzrə nümayəndəsi Vera Yurova 50 milyon istifadəçinin şəxsi məlumatlarının oğurlanması qalmaqalına görə "Facebook” şirkətinə qarşı sərt ölçülərin qəbul olunacağını xəbərdar edib.
Paralel olaraq ABŞ-da Massaçusets ştatının baş prokurorluğu hər iki şirkətin rəhbərliyinə qarşı istintaqa başlayıb.
Xatırladaq ki, iki həftə əvvəl sosial şəbəkə fəalları və blogerlər "Facebook” hesablarının kütləvi şəkildə bağlanması üzrə "deletefacebook” fleşmobunu işə salıb.
Kütləvi virtual aksiyaya "Cambridge Analytica” şirkətinin 50 milyondan çox "Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.
İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən "Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.