24 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Sərhədçilərimizin möhtəşəm bayraq yürüşü - 5 km-lik dövlət bayrağı+FOTO

13.06.2019

Azərbaycan sərhədçiləri 15 iyun - Milli Qurtuluş Gü­nünün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Xidmət tərəfindən bu münasibətlə "Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib.5 km 100 m uzunluqda Dövlət bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5 min nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar. Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bayrağımızı başları üzərində ucaldıblar.
Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən səkkiz helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.