07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baykal: “Əkrəm İmamoğlu bir layihədir”

13.06.2019

Əkrəm İmamoğlu bir layihədir. Ötən gün bir vətəndaş da mənə "Əkrəm İmamoğlu layihədirmi” sualını verdi. Bildirdim ki, bəli, layihədir.
Bu cür bəyanatla son iki ildə ilk dəfə kameralar qarşısına çıxan CHP-nin sabiq sədri Dəniz Baykal çıxış edib.
Xalq TV-nin ekranına çıxan Baykal maraqlı fikirləri ilə diqqəti cəlb edib: "Əkrəm İmamoğlu bir cümhuriyyət projesidir. Türkiyənin ən ucqar kəndindən, ən uzaq yaşayış məntəqəsindən övladını alıb, yetişdirib Türkiyənin önünə, dünyanın qarşısına çıxaran anlayış Cümhuriyyət layihəsidir.
Əkrəm İmamoğluda Qara dəniz bölgəsindən çıxıb, güc qarşısında sınmayıb, dövlət qurumlarında təcrübə keçmiş bir şəxsdir və bu anlamda Cümhuriyyətin məhsuludur. Arxasında bir cümhuriyyət var. Cümhuriyyət aldığı bir uşağı Nobel mükafatı almağa qədər götürə bilər. Elə İstanbul bələdiyyə sədrliyinə, baş nazirliyi də götürər”.