07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dinc dövlətlər siyahısında biz neçənciyik?

13.06.2019

Avstraliyanın İqtisadiyyat və Sülh İnstitutu "Qlobal Sülh İndeksi-2019” hesabatını yayımlayıb.
Yeni hesabatda son beş ildə qlobal sülhsevərliyin yaxşılaşdığı bildirilib, amma bununla belə hazırkı dünyanın 10 il öncəki vəziyyətdən daha az sülh içində yaşadığı qeyd edilib.
İnstitutun tərtib etdiyi reytinqdə yenə də ilk mövqeni İslandiya tutub. Ondan sonrakı yerlərdə Yeni Zellandiya, Avstriya, Portuqaliya, Danimarka, Kanada, Sinqapur, Sloveniya, Yaponiya, Çexiya, İsveçrə, İrlandiya və Avstraliya yer alıb. Bu ölkələrin hamısı dünyanın ən dinc dövlətləri sayılırlar.
Reytinq cədvəlində sonuncu pillədə Əfqanıstan (163-cü pillə) qərarlaşıb. Suriya, Cənubi Sudan, Yəmən, İraq, Somali, Mərkəzi Afrika Respublikası, Liviya, Konqo Demokratik Respublikası, Rusiya, Pakistan, Türkiyə, Sudan, Ukrayna, Şimali Koreya və Nigeriya isə Əfqanıstanı "qabaqlamağı” bacarıb.
Türkiyə cari ildə reytinqdə 3 sıra geriləyərək 152-ci pilləyə düşüb. Bu göstəricisinə görə isə o, hesabatda yer alan Avropa ölkələri arasında (Rusiya, MDB məkanı çıxmaqla – red.) ən sonuncu yerdə qərarlaşıb. Maraqlı məqam odur ki, hesabatda dinc ölkələr arasında yer alan ilk 25 ölkədən də məhz 17-si Avropanın payına düşüb.
Azərbaycan hesabatda 130-cu pillədə qərarlaşıb. Belə ki, siyahıda Azərbaycan 3 pillə irəlləyib. Azərbaycanın qonşuları olan Ermənistan 118, Gürcüstan 99, Rusiya 154, İran isə 139-cu pillədə özünə mövqe edib. Təşkilata görə, MDB ölkələri arasında ən sülhsevər ölkələr Qazaxıstan (64), Moldova (68), Qırğızıstan (95), Belarus (97) olub.