08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni prokuror təyin edildi

13.06.2019

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.
Verilən məlumata görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Müvafiq əmrlə Əbdülsəməd Rəhbər oğlu Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.
Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə Rayon Prokurorluğu, daha sonra Gəncə Şəhər Prokurorluğunun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.
Xatırladaq ki, Baş prokurorun bir müddət əvvəl imzaladığı əmrlə Kənan Zeynalov Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsindən azad edilərək xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.