07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şahmatçımızdan beşinci məğlubiyyət

13.06.2019

Norveçin Stavanqer şəhərində keçirilən "Norway Chess” turnirində Azərbaycanın yeganə təmsilçisi olan Şəhriyar Məmmədyarov yeddinci turda da məğlubiyyətlə üzləşib.
Turnirin rəsmi saytında yer alan məlumata görə, Ş.Məmmədyarov bu turda çinli rəqibi Din Lijenə 0:2 hesabı ilə uduzub. Bununla şahmatçımız ard-arda beş turda məğlubiyyətə imza atıb.
Yeddi turdan sonra Məmmədyarov 4,5 xalla doqquzuncu yerdə qərarlaşıb. Siyahıya 11 xalla norvçeli Maqnus Karlsen başçılıq edir.
Ş.Məmmədyarov səkkizinci turda amerikalı Uesli So ilə qarşılaşacaq.