Putin Dodonun imdadına yetişir:  səfirlə görüş 
    
                          
     
                         12.06.2019
 
    
                        Moldova Prezidenti İqor Dodon Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsovla görüşüb.
Bu məlumatı Dodon öz Feysbuk səhifəsində paylaşıb. O, səfirlə ölkədəki siyasi situasiyanı və onun mümkün inkişaf ssenarisini müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Moldovada hazırda ikitirəlik hökm sürür. Ölkənin keçmiş hakim partiyası Demokratik Partiyası yeni hökumət, parlament və Dodonun hakimiyyətini tanımaqdan imtina edir. Partiya Konstitusiya Məhkəməsi vasitəsilə prezident səlahiyyətlərinin keçmiş Baş nazir Pavel Filipə keçidinə nail olub.
Dodon Moldovada rusiyayönlü siyasətçi kimi tanınır. O, ölkəsinin Avrasiya İttifaqına üzvlüyünün tərəfdarıdır. Demokratik Partiya isə qərbyönlü siyasi kursun tərəfdarı hesab edilir.