02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tarkanın məzar daşı hazırdır - FOTO

12.06.2019

Türkiyənin Antalya şəhərində qəbir daşı düzəldən Mehmət Çətin adlı şəxs müğənni Tarkana olan sevgisini əbədiləşdirmək məqsədilə başdaşı düzəldib.
12 ildir məzar daşı düzəltməklə məşğul olan Mehmət Çətin Andızlı qəbiristanlığının qarşısına qoyduğu və Tarkanın fotosu əks olunan məzar daşı yoldan keçənlərin marağına səbəb olub.
O, simvolik olaraq öz məzarını da düzəldib.
Mehmət Çətin insanların diqqətini çəkmək üçün bu yola əl atdığını deyib: "Başdaşına adımı və telefon nömrəmi yazmışam. Nömrəni görənlər niyə yazıldığına təəccüb edir. Dostlarıma da zarafatla deyirəm ki, ölsəm məzarım hazırdır.
Sevərək dinlədiyim Tarkanın da başdaşını hazırlamışam. Bəzən insanlar maraqla soruşurlar ki, Tarkan ölübmü? Deyirəm, yox...”