03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müdafiə nazirlərinin görüşü yekunlaşdı - VİDEO

12.06.2019

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü başa çatıb.
Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Sonda danışıqların yekununa dair protokal imzalanıb və kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov əməkdaşlığln yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Daha sonra bildirilib ki, hərbi sahədə üç qonşu dövlətin birglə fəaliyyəti uğurla davam etdirilir, ildən-ilə fəaliyyət planında dəyişiklik olur və daha da genişləndirilir.
Hərbi əməkdaşlıqda birgə təlimlərin xüsusi rol oyandığı vurğulanıb.
Belə ki, ötən il yeddi birgə hərbi təlimlər keçirilmişdisə, bu il 13 hərbi təlimin keçirilməsi nəzərdə tutulub.