Ruhani: ABŞ-ın təhdidi   öz gücünü itirəcək 
    
                          
     
                         12.06.2019
 
    
                        Vaşinqtonun Tehrana təzyiq potensialı quruyub. Ölkədəki situasiya keçən illə müqayisədə yaxşılaşıb.
Bunu İran Prezidenti Həsən Ruhani deyib."ABŞ İran xalqına qarşı təzyiqlərini pik həddə çatdırdı və bu andan etibarən bu təzyiq, bu təhdid öz gücünü itirəcək. İndi İran xalqı keçən illə müqayisədə daha rahat yaşayır”, – deyə o bildirib.