02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kraliçanın 6 milyon avroluq villası satılır - FOTO

12.06.2019

İngiltərə kraliçası II Yelizaveta Maltadakı keçmiş evi olan "Villa Guardamangia”nı satışa çıxarıb.
"The Telegraph” agentliyi xəbər verir ki, villaya 6 milyon avro (12 milyon manat - red.) qiymət qoyulub.
Paytaxt Valetta yaxınlığında yerləşən villada kraliça həyat yoldaşı şahzadə Filipp Malta dəniz donanmasında xidmət edərkən - 1949-1951-ci illərdə yaşayıb.
Kraliça buradan köçdükdən sonra isə ümumi sahəsi 1560 kvadrat metr olan villa baxımsız vəziyyətə düşüb.
II Yelizaveta 2015-ci ildə Maltaya səfəri zamanı bu evin onun üçün hər zaman özəl qalacağını bildirib.