09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liderlərin görüşü yekunlaşdı +FOTOLAR -YENİLƏNİB

04.04.2018

2018-04-04 16:48:00
Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə keçirilən Suriyaya həsr olunmuş zirvə toplantısı başa çatıb.
Zirvə toplantısının ardından liderlərin birgə mətbuat konfransı keçirməsi gözlənilir.
Türkiyə tərəfdən zirvəyə Baş Qərargah rəisi Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq, Müdafiə naziri Nurəddin Canikli, Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın və MİT rəhbəri Hakan Fidan qatılıb.
Zirvə toplantısının ardından Suriyanın ərazi bütövlüyü və mövcud atəşkəs rejiminin qorunması kimi məsələlərin vurğulandığı ortaq deklorasiyanın imzalanması gözlənilir.
Qeyd edək ki, liderlərin iştirakı ilə Suriya məsələlərinə həsr olunmuş ilk zirvə toplantısı 2017-ci ilin noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçirilmişdi.
***
2018-04-04 16:26:00
"Dövran Media" Hürriyyət qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Türkiyə-Rusiya-İran Üçlü Zirvəsi"dən öncə, Rusiya prezidenti Vladimir Putin və İran rəhbəri Həsən Ruhaninin iştirakı ilə üç ölkənin bayraqları önündə xatirə fotosu çəkdiriblər. Daha sonra R.T. Ərdoğanın ev sahibliyi etdiyi zirvə toplantısı başlayıb. Xatırladaq ki, prezident iqamətgahında keçirilən toplantıda liderlər, Suriyada atəşkəsə nail olmaq, Astana və Soçidə verilən qərarların coğrafiyaya təsiri, mülkü əhalidə ölüm hallarının qarışını almaq, humanitar yardım və Suriyada terror qruplarlaşmaları ilə mübarizə aparmağın yollarını müzakirə edəcəklər.