29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çeçenistanla Dağıstan arasında ərazi iddiası

12.06.2019

Çeçenistanla Dağıstan arasında inzibati sərhəd məsələsi ilə bağlı təxribatlara əhəmiyyət verilməməlidir.
Bu sözləri Çeçenistan lideri Ramzan Kadırov deyib."Əziz dağıstanlılar, qardaş və bacılar, təxribatlara məhəl qoymayın. Mən dağıstanlıların və inquşların qardaşıyam, həmişə kömək və qardaşlıq əlimi onlara uzadıram. Buna mənim atam, bizim ilk prezidentimiz çağırış edib. Ona görə də deyirəm: İnsan ləyaqətini alçaldan şərhlər yazmayın”, - Kadırov bildirib.
Onun sözlərinə görə, insidentdən sonra Çeçenistanın hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etmək və gənclər arasındakı münaqişəyə son qoymaq üçün Dağıstanla sərhədə göndərilib.
"Biz hər iki regionun təhlükəsizliyini təmin etdik”, - Kadırov qeyd edib.
Qeyd edək ki, Rusiya hökumətinin qərarına əsasən 2021-ci ilə qədər olan müddətdə sərhədlərlə bağlı məsələlər həll edilməlidir.
İyunun 10-da sosial şəbəkələrdə Dağıstanın Qızılyar bölgəsində yol lövhəsinin üzərində "Çeçenistan Respublikası” yazılması ilə bağlı məlumatlar yayılıb. Bundan sonra bir qrup dağıstanlı gənc əraziyə gedərək yol lövhəsini söküb. Çeçenistan polisinin müdaxiləsi ilə vəziyyət nəzarətə götürülüb.