02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən ABŞ-a: "Sanksiyalar tətbiq etmək hədəsi..."

11.06.2019

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasında ABŞ-Türkiyə ittifaqına dair qəbul edilən qərarla bağlı açıqlama yayıb.
Açıqlama qeyd olunub ki, bu qərar Türkiyə-ABŞ arasındakı dostluq və müttəfiqlik münasibətlərinə ziddir. 
"Dost və müttəfiq ölkələr arasında fikir ayrılıqlarının olması həmin ölkələrin daxili qanunlarına hörmətsizliklə nəticələnməməlidir. Vəziyyətdən çıxış yolunu hər zaman olduğu kimi dialoq və müzakirələrdə görürük. Bunun əvəzinə sanksiyalar tətbiq etmək hədəsi, bəhanələr yolu ilə müddət uzatmaq, qarşılıqlı etibara zərər vuracaq qərarlar qəbul edilə bilməz”, - deyə açıqlamada bildirilib. 
Qeyd edək ki, iyunun 10-da ABŞ Nümayəndələr Palatasında qəbul edilən qərarda ABŞ-Türkiyə əlaqələrindən narahatlıq ifadə olunub. Qərarda Türkiyənin xarici siyasəti və məhkəmə sistemi tənqid edilib.