02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur həkim Öztəkin Oto AZTV-də + VİDEO

11.06.2019



"Dövran Media" xəbər verir ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 7-9 iyun 2019-cu il tarixdə Fairmont oteldə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi keçirilib.

Daha öncə də məlumat verdiyimiz ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən professorlar, uzman həkimlər, kardioloqlar dəvət edilmişdi. Onların arasında Türkiyə Qəlb və Sağlıq Vəqfinin Rəhbəri, məşhur Ürək Damar Cərrahı prof. Öztəkin Oto da var idi. Nəzərdə tutulduğu kimi konqresdən bir gün əvvəl o Bakıya gəlib. Səfər çərçivəsində iyun ayının 7-də Özətkin Oto Azərbyacan Dövlət Televiziyasında yayımlanan "Sağlam ol" verilişinə dəvət edilib. Əlbəttə ki, ürək və damar xəstəliklərindən əziyyət çəkən çoxlu sayda vətəndaşlarımızın onun məsləhətlərinə ehtiyacı vardı. Canlı yayımlanan proqramda həkim ona ünvanlanan sualların demək olar ki, hamısını cavablandırıb, xəstələrə ətraflı və olduqca faydalı məlumatlar verib.
İyunun 8-də  isə həkim Öztəkin Oto Azərbaycan Dövlət Radiosu 105 FM-də yayımlnanan "Səhər" proqramının da qonağı olub. Canlı yayımlanan proqramda studiyaya çoxlu sayda müraciət olub. Həkim ona müraciət edən vətəndaşların heç birinin sualını cavabsız qoymayıb. Məşhur cərrah eyni zamanda Azərbaycan Milli Mətbəxinin təamlarından, Bakının modern görünüşündən, insanlarımızın istiqanlılığından ağız dolusu danışıb, razı qaldığını bildirib.

Qeyd edək ki, Ürək və Damar xəstəlikləri uzmanı, cərrah Prof. dr. Öztəkin Oto ona müraciət edən, şəfa görmək istəyən vətəndaşları Türkiyənin İzmir şəhərində çalışdığı klinikada qəbul edir.
Həkimin qəbuluna düşmək istəyən şəxslər aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərlər.

Telefon: +994 (50) 344 84 77;
               +90 (532) 701 42 41.