02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UEFA - beyin sarsıntısı keçirən futbolçu əvəzlənməlidir

10.06.2019

UEFA 2021-ci ildə qitə turnirlərində yeni qayda tətbiq edəcək.
Meydançada beyin sarsıntısı keçirən futbolçular başqası ilə əvəzlənəcək.
Bunu ali futbol qurumunun prezidenti Aleksandr Çeferin açıqlayıb. Prezident bildirib ki, əlavə oyunçu dəyişikliyi qərarını Çempionlar Liqasının finalında beyin sarsıntısı keçirmə şübhəsinə rəğmən, yaşıl meydançaya geri qayıdan belçikalı futbolçu Yan Vertonqeni gördükdən sonra verib: "Vertonqenə nəsə olmasından qorxdum. Çünki meydana qayıdanda özündə deyildi. Oradaca ölə bilərdi. Bu qaydanı meydana gətirmək üçün FİFA ilə görüşəcəyik. FİFA bu problemi həll etməyə çalışır. Əgər oyunçulara nəsə olsa, sonsuza qədər peşman qalarıq. Bir oyunçunun ehtiyacı varsa, ona yardım etməlisiniz. Qayda dəyişikliyi oyuna təsir göstərməyəcək”.
UEFA Beynəlxalq Futbol Federasiyaları Birliyi (FİFA) və Beynəlxalq Futbol Birliyi Qurumunu (İFAB) həkimlər və tibbi heyətin üzərindəki təzyiqi azaltmaq, beyin sarsıntısı keçirmə şübhəsi olan oyunçuların meydana qayıtmasını əngəlləmək üçün qayda dəyişikliyi etməyə çağırıb.