09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"YouTube"a silahlı hücum edən azərbaycanlı qız kimdir? - İDDİALAR

04.04.2018

Yutuba hücum edən azərbaycanlı (əslən Urmiyadandır) Nasim Ağdam ABŞ və dünya mətbuatında, sosial şəbəkələrdə gündəmə çevrilib.
"Dövran Media" xəbər verir ki, qadının Yutuba hücumu ilə bağlı müxtəlif fərziyələr irəli sürülür.
Peter İmanuelsen adlı İsveç jurnalistı Nasim Ağdamın hücumunun arxasında iki motivin dayandığını hesab edir:
"Əsl hadisə: Qadın Yutub binasında sevgilisini güllələyib. Aktual hadisə: iranlı qadın, ictimai fəal, Peta blogeri kütləyə atəş açıb”.
Bir çox versiyalar arasında ən çox hallanan isə qadının Yutubdan videolarının silinməsi və bunun qisası olaraq şirkətə hücum etməsidir.
Digər iddia isə araşdırmaçı jurnalist Laura Lumerdən gəlib: "Tələsin və hər şeyin görüntüsünü qeyd edin! O, cihadçıdır və bunu ört-basdır etmək istəyirlər”.
Nasim Ağdamın sosial şəbəkə hesablarının da eyni zamanda silinməsi barədə xəbərlər yayılır. Onun İnstaqram hesabında diqqət çəkən bəzi məqamlar var. Nasim Ağdam İnstaqram paylaşdığı şəkillərdən birinin altında İran ordusunda xidmət etməsi ilə öyünüb. Digər paylaşımında isə ABŞ-dakı söz azadlığını təndiq edib və bu sualları ünvanlayıb:
"Söz azadlığına dair nə düşünürsən və həqiqətən də söz azadlığı Qərb ölkələrində var? ABŞ-ın İrandan yaxşı olduğunu düşünürsən, yoxsa İranın ABŞ-dan?"