02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə millisinə böyük hörmətsizlik + FOTO

10.06.2019

AVRO 2020 seçmə mərhələsi çərçivəsində H qrupunun 4-cü matçı üçün İslandiyaya gedən Türkiyə milli komandası böyük hörmətsizliklə qarşılaşıb.
Xəbər verildiyi kimi,  futbolçuların pasportunun yoxlanılması və üzərlərinin axtarılması prosesi saatlarla davam edib. Onların çantaları dəfələrlə yoxlanılıb.
Konya şəhərindən xüsusii təyyarə ilə İslandiya hava limanına uçan komanda buradan yalnız iki saat sonra çıxa bilib. Çıxışda jurnalistlərə açıqlama verən futbolçular kremlərinin içinə qədər axtarış aparılmasından və təkrar-təkrar yoxlanışdan keçmələrindən şikayətləniblər.
Bu hörmətsizlikdən dərhal sonra Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi açıqlama verib. Nazir "milli komandamızın İslandiya hava limanında gördüyü münasibət qəbuledilməzdir. Lazımi tədbirləri görəcəyimizdən millətimizin şübhəsi olmasın”,-deyə bildirib.
Futbolçuların açıqlaması zamanı daha bir qalmaqallı hadisə yaşanıb. Belə ki, bir islandiyalı türk futbolçunun köynəyini fırça ilə təmizləməyə çalışıb. Həmin anlar kameralara əks olunub.
Qeyd edək ki, İslandiya-Türkiyə matçı iyunun 11-də yerli vaxtla 21:45-də baş tutacaq.