02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kadırov sərvətini açıqladı

09.06.2019

Çeçenistan lideri Ramzan Kadırov illik gəliri və sərvəti ilə bağlı deklarasiya təqdim edib.
Deklarasiyada Kadırovun 2018-ci ildə 7.58 milyon rubl qazandığı göstərilib. Bu göstərici Kadırovun ötənilki gəlirindən 700 min rubl çox olub.
Məlumata görə, Kadırov 2344.3 kvadrat metrlik mənzilə sahibdir. Bundan əlavə, Çeçenistan lideri, arvadı və 11 azyaşlı uşağının istifadəsində həmçinin 300 kvadrat metrlik daha bir ev var. Kadırovun arvadının ötən il əldə etdiyi gəlir 60 min rubla bərabər olub. O, 209.8 kvadrat metrlik mənzilin sahibi kimi göstərilib.
Bununla yanaşı Ramzan Kadırovun yetkinlik yaşına çatmamış uşaqlarından biri ötən il ərzində 210.8 min rubl qazanıb.