02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Litvada NATO təlimləri başlayıb

09.06.2019

Litvada 10 ölkədən 4 minədək hərbi qulluqçunun iştirakı və min vahiddən çox hərbi texnikanın cəlb edildiyi "Gelezinis Vilkas" irimiqyaslı manevrlər başlayıb.
Bu barədə Litva ordusunun komdandalığı bildirib.
Məlumata əsasən, təlimlərdə Litva Silahlı Qüvvələrinin bölmələri, eləcə də NATO müttəfiqlərinin şəxsi heyəti və texnikası iştirak edir. Məqsəd bütün bu qüvvələrin və vasitələrin döyüş missiyalarını effektiv planlaşdıra və həyata keçirə bilən tək döyüş sisteminə inteqrasiyasıdır.
Təlimlərdə Litva hərbiçiləri ilə yanaşı, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Polşa, ABŞ, Çexiya və Estoniyanın hərbi qulluqçuları iştirak edirlər. Onların bir hissəsi NATO-nun Litvada toplu batalyonuna daxildir.
İki həftə davam edəcək təlimlər Litva ordusunun Pabrade şəhərində yerləşən poliqonunda və Qayjyunay poliqonunda keçiriləcək.