02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazarbayevin yoluna sadiq qalacağam

09.06.2019

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nursultan Nazarbayevin apardığı xarici siyasət kursunu davam etdirməyə söz verib.
Tokayev bunu seçki məntəqəsində jurnalistlərə verdiyi açıqlamasında deyib.
"Əlbəttə, mən bu barədə öz seçkiqabağı kampaniyamda danışmışam. Qazaxıstan davamlılığını qoruyacaq. Xarici siyasət kursuna gəldikdə isə o, birinci prezident Nursultan Nazarbayevin apardığı kimi qalacaq. Xalqımızı bir çox məsələlər narahat edir. Buna görə də seçkilər – ölkəyə kimin rəhbərlik edəcəyini, gələcəkdə ölkədə nə olacağını müəyyən etmək üçün yaxşı haldır”, - Tokayev bildirib.
Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Qasım-Jomart Tokayevin namizədliyi Nur Otan Partiyasından irəli sürülüb.