02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni tarixşünaslığına mühüm ZƏRBƏ

08.06.2019

Nazir Əhmədlinin "Dərələyəz mahalının kameral təsviri” adlı kitabı fundamental tarixi əhəmiyyət daşıyan əsərdir. Kitabın ön sözündə müəllifin "Dərələyəz” toponiminin etimologiyası ilə bağlı maraqlı fikirləri yer alıb. Müəllif tarixə ekskursiya edərək qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycanın tarixin qədim dövrlərindən kameral təsvirin araşdırma predmeti olan XIX əsrin birinci və ikinci yarısına qədərki dövrlərini tarixi və etnosiyasi konteksdə dəyərləndirir.
Qərbi Azərbaycan toponimləri ilə bağlı fransız mənşəli rus alimi, İvan İvanoviç Şopenin irəli sürdüyü konsepsiyaya üstünlük verməsi müqayisəli-tarixi təhlil metodologiyası və digər elmi-nəzəri aspektlərdən düzgün əsaslandırılmışdır.
"Dərələyəz” adına inzibati-ərazi vahidi kimi ilk dəfə "Şərəfnamə” əsərində rast gəlinməsi və tarixi ilə bağlı mənbələrdən örnəklərin verilməsi əsərin elmi dəyərini bir daha artırmış olur.
N.Əhmədli mövzuya aid "Naxçıvan sancağının müfəssəl dəftəri” və "İrəvan əyalətinin icmal” dəftəri adından müxtəlif vaxtlarda çap olunmuş mənbələrdən irəli sürülmüş elmi fikirlərin əsaslandırılmasında istifadə edir.
Dərələyəzin etno-siyasi mənzərəsinin dərindən öyrənilməsi baxımından sözügedən tədqiqat əsəri çox mühüm mənbə rolu oynayır. Müəllif ön sözdə Dərələyəz mahalında yaşayan ayrı-ayrı tayfaların etnik mənşəyi ilə bağlı maraqlı fikirlər irəli sürür. Bu mənada Qaraçorlu tayfasının etnik mənşəyinin araşdırılması ilə bağlı müxtəlif tarixi mənbələrə istinadən onların məhz türk mənşəli olmasına dair əsaslı fikirləri dərin elmi məzmunu kəsb edir.
Müəllif fikrini əsaslandırmaq üçün Qarabağ ərazisində məskunlaşmış Qaraçorlu tayfasının Nadir Şah Əfşar dönəminə qədər yarımmüstəqil həyat tərzi sürməsini vurğulayıb. Tarixi mənbələrdə Qaraçorlularla Osmanlı dönəmində hətta müstəqil subyekt kimi ayrıca saziş bağlanması məlumatları da tarixi konteksdə maraq doğurur. Nadir Şah Əfşara sui-qəsdən sonra Qarabağ xanına tabe olmaqdan boyun qaçıran bu tayfaların bir hissəsi Dərələyəz mahalına köçüb.

Dərələyəz mahalının kameral siyahısının hazırlanması məsələsinə aydınlıq gətirən N.Əhmədli qeyd edib ki, Türkmənçay müqaviləsindən sonra işğalçı rus ordusunun komandanı general İ.F.Paskeviç fransız əsilli rus tarixçisinə Rusiyaya yenicə birləşdirilmiş Naxçıvan və İrəvan xanlığının yerində yaradılmış erməni vilayətində tədqiqat aparılması və əhalinin etnoqrafiyasını, sosial-iqdisadi vəziyyətinin araşdırılması tapşırığını verir. Bununla bağlı hazırlanan kameral təsvirin bir nüsxəsi Ermənistan Milli Arxivində saxlanılmaqdadır.
Müəllif əsərdə İ.Şopenin tarixi fikirlərini vasitəsiz nitq kimi oxucuya təqdim etməklə onu düşünməyə məcbur edir:
"Erməni vilayətinin Rusiya imperiyasına birləşdirildiyi dövrün vəziyyətini təsvir edən bu kitab bir sıra invertarları özündə cəmləşdirib. Bu kitabın köməyi ilə gələcəkdə müqayisə edib deyəcəklər, nəyimiz var imiş, indi nəyimiz var. Qoy bu vilayətin sakinləri bu kitabı əllərində tutduqları vaxt daimi öz keçmişlərini yaşadıqları dövrlə müqaisə etsinlər”.
Nazir Əhmədlinin təqdim etdiyi "Dərələyəzin kameral təsviri” əsəri məzmununa görə İ.Şopenin yuxarıdakı fikirlərini tam təsdiq etməklə əhalinin say tərkibi, etnik-dini mənsubiyyəti, yerli sakin olub-olmamsı, orta ömür həddi, yerli idarəçilər, ailə və nikah münasibətləri konteksində çox zəngin araşdırma materiallar təqdim edir. Tədqiqatçı alimlər (tarixçi, etnoqraflar və.s) üçün maraqlı araşdırma predmeti olan bu əsər mötəbər ilkin mənbə rolu oynayır.
Əsər saxta erməni tarixşünaslığının ermənilərin Qərbi Azərbaycan ərazisində yerli əhali olması ilə bağlı əsassız fikirlərini darmadağın edir. Kameral siyahıya almanın tarixi əhəmiyyətini qeyd etməklə bərabər milli səviyyədə də nəsillərin tarixinə işıq salmaqla "milli aristokratiyanı” da günəş işığına çıxarır. Özlərinə bəyli, xanlı təxəllüs götürən şəxslər öz soy-kökləri ilə tanış olmaq və cəmiyyətə təqdim olunmaq həqiqəti ilə üz-üzə qalırlar.
N.Əhmədlinin Azərbaycanın böyük coğrafiyasını əhatə edən (Qazax, İrəvan, Dərələyəz, Göyçə, Şəmşədin, Vedibasar, Şərur) kameral təsvirləri çox mühüm tarixi mənbədir. Bu tədqiqat əsərləri Qərbi Azərbaycanın tarixi türk torpağı olmasını təsdiq edir. Özlərini dünyada mədəniyyət oğrusu kimi tanıdan saxta tarixşünaslıq yaradan erməni "tarixçilər” bu mənbəni təkzib etmək iqtidarında deyillər. Dəyərli ziyalımız, milli vətənpərvər Nazir Əhmədli bu əsərləri ilə Azərbaycan tarixi qarşısında mühüm bir vəzifəni yerinə yetirmiş sayılır.