02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"25-40 yaşlı insanlar arasında ürək xəstəliyi gəncləşib"

08.06.2019

"Dünyada  25-40 yaşlı insanlar arasında ürək xəstəliyi gəncləşib".
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Klivlend klinikasının kardioloqu  Murat Tuzcu bildirib.
 M. Tuzcu deyib ki, indi 25-40 yaşlı insanlar 50 il əvvəlki dövrlə müqayisədə çox fərqli həyat tərzi keçirirlər. Bu insanlar günlərini ya televizor, ya da kompüter qarşısında oturaraq hərəkət etmədən keçirirlər və  bu, sonradan onların kökəlməsinə səbəb olur: "Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var. Ürək xəstəlikləri üçün ən önəmli risk faktoru yaşdır. Yaş artıqca ürək-damar xəstəliklərinə məruz qalma şansı artır. Digər səbəb həyat tərzimizdir. Söhbət çox yemək, fiziki hərəkət etməmək, kökəlməkdən gedir.  Belə olan halda ürək xəstəliklərinin olması çox normaldır. Bundan başqa, stress, siqaret çəkmə, havanın çirklənməsi ürək xəstəliyi riskini yüksəldir".
M.Tuzcu qeyd edib ki, 30-40 il əvvəl infarkt diaqnozu ilə xəstəxanaya gələn 3 nəfərdən biri dünyasını dəyişdisə, indi 30 nəfərdən biri ölür: "Başqa sözlə, indi insanlar ürək xəstəsi olsalar da, uzun müddət həyatda qala bilirlər".