02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin getməlidir - Rifkind

08.06.2019

Krımın işğalı ilə bağlı yaranmış situasiya SSRİ-nin 1940-cı ildə Baltikyanı ölkələri işğal etməsinə bənzəyir.
Bunu "Apostrof” saytına müsahibəsində Britaniyanın keçmiş Müdafiə naziri Malkolm Rifkind deyib.
"Mən Krımın həll olunmasına nə qədər ilin sərf olunacağı ilə bağlı proqnoz verə bilmərəm. SSRİ dağılmazdan 3 il əvvələ qədər heç kim düşünmürdü ki, bu şey baş verəcək. Krımın işğalı situasiyası SSRİ-nin Latviya, Litva və Estoniyanı işğal etməsinə bənzəyir.
Mən sadəlövh deyiləm. Demirəm ki, Putinlə danışıqlar masasına oturmaq lazımdır. Putini yeni liderin əvəzləməsi lazımdır. Əgər o, ağıllı olsa, onun administrasiyası Ukrayna hökuməti ilə münasibətlər qurmaq istəsə, o zaman növbəti addım Krımda bütün əhalinin səs verəcəyi referendum olacaq. Lakin bu, çox çətin baş verəcək”, – deyə o bildirib.