03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jurnalistdən erməni nazirə: Bizi öldürəcəklər

07.06.2019

Ukrayna Ali Radasına keçiriləcək seçkilərdə iştirak edəcəyini açıqlayan məşhur jurnalist Aleksandr Dubinski Daxili İşlər naziri Arsen Avakovu kəskin şəkildə tənqid edib.
Ukraynalı jurnalist xalq adından çıxış edərək Avakovun istefasını tələb edib.Onun sözlərinə görə, Avakov şərəfsiz və alçaqları Ukrayna Daxili İşlər Nazirliyinə toplayıb və onların arxasında dayanıb.
"Bu gün uşağı öldürüblər, sabah isə bizi öldürəcəklər. Vəziyyət sadəcə qeyri-adi deyil, həm də cəmiyyətin maksimal diqqətini tələb edir. Biz yenidən polisin qeyri-peşəkarlığı ilə üzləşdik. Bu məsələdə məsuliyyəti tamamilə Ukraynanın Daxili İşlər Nazirliyi daşıyır. Bizə sənin rədd olub qovulmağın gərəkdir”, - jurnalist bildirib.
Jurnalist ən ağır sözlər və ifadələrlə Avakovu təhqir etməyi də unutmayıb.
Qeyd edək ki, Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir. Bir müddət əvvəl onun işdən uzaqlaşdırılması ilə bağlı başladılan petisiya artıq lazım olan qədər səs toplayıb və Prezident Zelinskiyə təqdim edilib.