03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kommersiya məhkəmə sədrlərinin əməkhaqları açıqlandı

07.06.2019

Azərbaycanda yeni yaradılan kommersiya məhkəmələrinin səlahiyyətləri və sədrlərinin əməkhaqları müəyyən olunub.
Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında” qanuna yeni maddə əlavə edilib.
Əlavəyə əsasən, yeni kommersiya məhkəmələrinə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik etmək, iclasa sədrlik etmək, aparatın işçilərinin işə qəbul və işdən azad etmək, məhkəmə fəaliyyətinin təşkili vəziyyəti, təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik etmək, şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil etmək və Azərbaycan Respublikasının qanunları ilə ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirmək səlahiyyətləri verilir.
Digər yeni maddəyə görə isə, Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər.
Əməkhaqqına gəlincə isə Kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq.