04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərzaq məhsulları ucuzlaşacaq

07.06.2019

Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək.
Mərkəzi Bankdan (MB) Axar.az-a verilən məlumatda qeyd olunub ki, ötən ilin aprelindən bu ilin aprelinə qədər ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlib. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib.
Real sektor monitorinqinin nəticələrinə əsasən, son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində dəyişməz qalıb.
Qeryd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2.2% aşağı düşüb.