04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO narahatdır: "... Ankara bunu etməz"

07.06.2019

"Ümid edirəm ki, Ankara Rusiyadan S-400 müdafiə komplekslərini qəbul etməyəcək”.
Bunu ABŞ Müdafiə Nazirliyinin Avropa və NATO üzrə xüsusi nümayəndəsinin köməkçisi Endryu Uintörntz deyib.
Avropa İttifaqının Vaşinqtonda təşkil etdiyi "Transatlantik Təhlükəsizlik Əməkdaşlığının Gələcəyi” forumunda çıxış edən E.Uintörntz bildirib ki, Türkiyənin Rusiyadan S-400 alması F-35 proqramı baxımından qəbuledilməz risklər daşıyır: "Çünki radar sistemləri Rusiya ordusuna beşinci nəsil ən ali keyfiyyətli təyyarələrimiz F-35 haqqında həssas bilgiləri təmin edə bilər. Bizə görə bu məsələdəki qayğılarımızı azaldacaq bir tədbir yoxdur. ABŞ hökuməti məsələyə dair Türkiyə ilə görüşlərini davam etdirir. Lakin bu razılaşma Türkiyənin NATO-ya olan bağlılığı ilə üst-üstə düşmür”.
O, Türkiyənin müdafiə komplekslərini tədarük etməsi təqdirində ABŞ-ın necə hərəkət edəcəyi sualına cavab verməkdən yayınıb. Bildirib ki, Ankaranın kompleksləri almamasına ümid edirlər.