29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ümid edirik ki, İlham Əliyev gələcək - DODON

06.06.2019

Azərbaycanla çox yaxşı münasibətlərimiz var, prezidentlər səviyyəsində çox yaxşı əlaqələrimiz var. Həm MDB çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlərimiz var.
Bunu Report-a açıqlamasında Moldova prezidenti İqor Dodon deyib.
"Ümid edirəm ki, bu il İlham Əliyev Moldovaya gələ biləcək. Parlamentlərarası Komissiyanın işini yenidən bərpa etmək barədə razılığa gəlmişik. Bu ilin martında 7-ci Qlobal Bakı Forumunda iştirak etdim və Azərbaycan Prezidenti ilə ilin ikinci yarısında onun da Moldovaya gəlişinin mümkünlüyü barədə razılığa gəldik. Heydər Əliyev Fondunun dəstəyi ilə Qaqauz Yeri Muxtar Ərazi Qurumunda Mədəniyyət-Təhsil Mərkəzi tikirik və ən qısa zamanda onun açılışını etmək istəyirik. Odur ki, Prezident Əliyevin gəlişini gözləyirik", - deyə İ.Dodon vurğulayıb.