29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fuad Abbasovdan XƏBƏR VAR

06.06.2019

"Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb”.
Bu baradə APA-nın Moksva müxbirinə jurnalistin vəkili Teyyub Şərifov məlumat verib.
O, bildirib ki, qərarla razı deyillər və kassasiya şikayəti verəcəklər.
Vəkil Fuad Abbasovun yaxın günlərdə Azərbaycana deportasiya olunacağını söyləyib: "Artıq deportasiya qərarı qüvvəyə minib. Ona görə də Fuad yaxın günlərdə Rusiyadan deportasiya ediləcək”.
Qeyd edək ki, deport günləri həftə iki dəfə- ikinci və beşinci günlər olur.
Xatırladaq ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F.Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.