29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Neymarın topuğu qırıldı - VİDEO

06.06.2019

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib.
27 yaşlı hücumçu topuğundan xəsarət aldığından 21-ci dəqiqədə Evertonla əvəzlənib.
Bu zaman göz yaşlarına hakim ola bilməyən ulduz futbolçu paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Stadionu isə o, qoltuq ağacları ilə tərk edib. Tibbi müayinə nəticəsində Neymarın ayaq biləyinin bağlarının qırıldığı və 15 iyunda başlayacaq Amerika Kubokunu buraxacağı müəyyənləşib.
Buna baxmayaraq, Braziliya millisi ilk hissədə "Everton”un futbolçusu Rişarlison və "Mançester Siti”nin hücumçusu Qabriel Jezusun qolları ilə Qətər yığmasına 2:0 hesabı ilə qalib gəlib.