29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəhranın atası: "Qızımı polis əməkdaşları tapıb" - VİDEO

06.06.2019

"Polis əməkdaşlarına və mediaya təşəkkür edirəm”.
Bunu 2 gündür itkin düşən və bu gün tapılan 3 yaşlı Zəhranın atası Rəsul Bağırzadə APA-ya açıqlamasında deyib.
Ata qızının tapılmasına zhməti olanlardan hallalıq istəyib: "Bayram günü Allah balamı mənə qaytardı. Qızımın tapılmasında kimin əziyyəti varsa, halal etsin. Azərbaycan polisinə yüz faiz güvənmək olar. Eləcə də, mətbuat işçiləri çox əziyyət çəkdilər”.
R. Bağırzadə Zəhranı polis əməkdaşlarının tapdığını deyib: "Çox güman ki, qaraçılar qaçırıb uşağı. Hazırda istintaq gedir. Nəticə barədə məlumat veriləcək”.
Uşağın anası Cəmilə Bağırzadə də hamıya təşəkkür edib: "Allah hamıdan razı olsun. Allahıma min şükürlər olsun ki, balam tapıldı”.