03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millətlər Liqasının final mərhələsi BAŞLAYIR

05.06.2019

Bu gün UEFA Millətlər Liqası turnirində ilk mövsümün final mərhələsinə start veriləcək.
Yarışın mükafatçıları Portuqaliyada müəyyənləşəcək.
Qrup mərhələsinin oyunları ötən ilin payızında baş tutan 2018/19 mövsümünün qalibi adına 4 iddiaçı qalıb. Bunlar A liqasında qrup qalibi olan Portuqaliya, İngiltərə, Hollandiya və İsveçrə yığmalarıdı.
Final mərhələsinin görüşlərinə iki şəhər - Gimaraynş və Portu ev sahibliyi edəcək. İlk qarşılaşmada Portunun "Draqao" stadionunda keçiriləcək. Meydan sahibləri İsveçrəni qəbul edəcək. Ertəsi gün Gimaraynşda İngiltərə ilə Hollandiya üz-üzə gələcək.
Final və III yer uğrunda matç iyunun 9-da keçiriləcək. Turnirin qalibi kubokun ilk sahibi olmaqla yanaşı, pul mükafatı da əldə edəcək. Millətlər Liqasının çempionu 10,5, finalçı isə 9 milyon avro əldə edəcək. Üçüncü yerin sahibi 8, mükafatçılar sırasına düşə bilməyən komanda 7 milyon qazanacaq.

Millətlər Liqası

Yarımfinal

5 iyun

22:45. Portuqaliya - İsveçrə

Portu. "Draqao" stadionu

6 iyun

22:45. Hollandiya - İngiltərə

Gimaraynş. Afonso Enrike stadionu