02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda kommersiya məhkəmələri yaradılır

04.06.2019

Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
Jurnalistlərin geniş iştirakı olmadan keçirilən iclasda adıçəkilən komitənin sədri Əli Hüseynli gündəliyə dörd məsələnin daxil olduğunu bildirib.
Əvvəlcə "Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
Qeyd edilib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin, "Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur.
İclasda Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub.
Qanun layihələri sonda MM-in plenar iclasına tövsiyə edilib.