02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Turistlər ən cox bu ölkələrdən olacaq

04.06.2019

İlin sonuna qədər Azərbaycana gələcək turistlərin sayında 8-12 faiz artım olacağı gözlənilir.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, bu artımın Çin, Asiya ölkələri və İsraildən olacağı gözlənilir.
"Biz dövlət qurumu olaraq əhaliyə dəstək göstərməliyik. Lazım olanda turistlərin necə qəbulu, xidmət göstərilməsi ilə bağlı treninqlər keçirməliyik. Agentliyin tərkibində üç təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda bu təhsil müəssisələrində islahatlar gedir.
Bizi maraqlandıran və narahat edən kadr siyasətidir. Bu istiqamətdə güclü iş aparırıq. Ölkə təbliğatına böyük vəsaitlər xərclənir. Sabah gələn insanlara normal və səviyyəli xidmət göstərilməsə, onlar məmnun qalmasa, işimiz sıfır olacaq. Ona görə də kadr siyasəti önəmlidir”.