02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tehranda uçuşlar ləğv edildi - səbəbi

04.06.2019

İranın Tehran vilayətinin aeroportları bu gün 5 saat fəaliyyətini dayandıracaq.
Bunu İranın Mülki Aviasiya Təşkilatının İctimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib.
R.Cəfərzadənin sözlərinə görə, Tehran səmasında 30 mil məsafədən istənilən yüksəkliklərdə bütün uçuşlar qadağandır.
Şöbə müdiri deyib ki, İran İslam Respublikasının banisi Ayətulla Xomeyninin vəfatının ildönümü ilə əlaqədar keçiriləcək tədbirə görə Tehran vilayətinin aeroportlarında uçuşlar yerli vaxtla saat 16:00-dan 21:00-dək ləğv edilib.
R.Cəfərzadə bunun bütün yerli və xarici şirkətlərə elan olunduğunu bildirib.Təşkilat rəsmisi onu da deyib ki, fövqəladə uçuşlar üçün Pəyam aeroportu nəzərdə tutulub.
Qeyd edək ki, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni 1989-cu ilin 4 iyununda vəfat edib.