09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Qızılca tüğyan edir

04.06.2019

ABŞ-da yanvarın 1-dən qızılcaya yoluxanların sayı 981 nəfərə çatıb.
Bu barədə Xəstəliklərə nəzarət edilməsi və onların qarşısının alınması üzrə Mərkəzdən bildiriblər.
Məlumatda deyilir: "Bu gün "CDC" bildirir ki, 2019-cu ildə ABŞ-da 981 qızılcaya yoluxma halı qeydə alınıb. Bu, 1992-ci ildən yarım il ərzində qeydə alınan ən yüksək göstəricidir. 1992-ci ildə 2126 yoluxma halı olub".
Qeyd edilir ki, virus ölkənin 26 ştatında, o cümlədən Nyu York, Kaliforniya, Corciya, Merilend, Pensilvaniya və Vaşinqtonda da yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, cari ilin ilk kvartalında bütün dünya üzrə 112 mindən artıq bu xəstəliyə yoluxma halı qeydə alınıb.