29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayramı bu gün qeyd edən ÖLKƏLƏR

04.06.2019

Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Livan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn və Əlcəzairdə müsəlmanların müqəddər Ramazan bayramı qeyd olunur.
Verilən xəbərə görə, 10 ölkədə dini qurumlar Ramazan ayının son gününü 3 iyun kimi elan edib.
Bu gün isə həmin ölkələrdə Şəvval ayının ilk günüdür.
Digər müsəlman ölkələri: Misir, Fələstin, İordaniya, Liviya, Tunis, İran, Suriya və Sudanda bayram sabah qeyd olunacaq.
Siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə hökumət qüvvələrinə qarşı baş qaldıran Husilər Ramazan bayramının çərşənbə günü olduğunu bildirib.
Sabitliyin, məzhəb fərqinin və ciddi müxalif qarşıdurmaların hökm sürdüyü digər müsəlman ölkələrində isə hökumətlə müxalifət fərqli bayram günləri açıqlayıb. Buraya İraq və Suriya aiddir.
Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı sabah qeyd olunacaq.