29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampdan müsəlmanlara təbrik mesajı

03.06.2019

ABŞ prezidenti Donald Tramp dünya müsəlmanlarının Ramazan bayramını təbrik edib.
ABŞ prezidenti bayram münasibətilə təbrik mesajı ünvanlayıb.

Təbrikdə deyilir:

"Müqəddəs Ramazan ayının sonunda müsəlmanlar bayram gününü dua ilə qeyd edirlər. Bu müqəddəs gün həm Birləşmiş Ştatlarda, həm də dünyanın hər yerində müsəlmanlara, ehtiyacı olan insanlara kömək etmək, Allaha olan inancı gücləndirmək, başqaları ilə birgə ibadət etmək və ünsiyyət qurmaqla bağlı öhdəliklərini xatırlama imkanı verir.
Ümid edirik ki, bu bayram onu qeyd edənlərə xoşbəxtlik və sülh gətirər. Biz bütün insanların Allahın məhəbbətini, əfvini və xoş niyyətini hiss etməsi üçün dua edirik”.